08 
Mar
2022
12:08
454

HRW: "Rusiya qüvvələri beynəlxalq humanitar hüquq üzrə öhdəliklərini pozub"

Rusiya qüvvələri mülki əhaliyə zərər vuran qeyri-mütənasib hücumlar həyata keçirməmək üçün beynəlxalq humanitar hüquq üzrə öhdəliklərini pozub.

lnterPress.ge xəbər verir ki bu barədə Human Rights Watch (HRW) təşkilatı məlumat yayıb.

“Rusiya qüvvələri 2022-ci il martın 6-da Ukraynanın şimalında, Kiyevdə Rusiya ordusundan qaçmaq üçün yüzlərlə mülki şəxsin istifadə etdiyi yol ayrıcını bir neçə saat ərzində bombalayıb'',- deyə HRW-nin bəyanatında bildirilir.

 Məlumata görə insident zamanı Ukrayna təhlükəsizlik qüvvələrinin on nəfərə qədər əməkdaşı və ən azı iki hərbi maşın hadisə yerində olub, lakin mülki şəxslərin sayı  onlardan xeyli çox olub.

HRW əlavə edib ki, Rusiya və Ukrayna arasında son danışıqlar təhlükəsiz evakuasiya marşrutları yaratmaq üçün uğursuz olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər