08 
Mar
2022
10:52
498

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 2 783 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 629 065 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 5 450 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 568 064 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, 32 nəfər ölüb və ölənlərin ümumi sayı 16 430 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər