Avropa Şurasının sədri Şarl Mişel Ukraynanın Aİ-yə üzvlük müraciətinə yaxın günlərdə baxılacağını bildirib.
InterPress.ge xəbər verir ki, bu barədə Şarl Mişel Twitter-də yazıb.
"Aİ-nin həmrəyliyi, dostluğu və Ukraynaya misilsiz yardımı sarsılmazdır. Biz yaxın günlərdə Ukraynanın müraciətinə baxacağıq", - Şarl Mişel yazıb.
