07 
Mar
2022
20:10
577

Ukrayna- Rusiya nümayəndə heyətlərinin görüşü baş tutdu

Belovejskdə Ukrayna-Belarus sərhədində Ukrayna və Rusiya nümayəndə heyətlərinin iştirakı ilə danışıqların üçüncü raundu başlayıb. 

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumatı Ukrayna Prezidenti Aparatının müşaviri Mixail Podolyak təsdiqləyib.

Bundan əvvəl Ukrayna Prezidentinin Aparatının rəhbəri Mixail Podolyak Twitter-də xüsusi bəyanat yayıb və qeyd edib ki, Ukraynanın əsas tələbi mülki şəxslərə hücumu dayandırmaqdır.

“Bir neçə dəqiqədən sonra biz dinc əhaliyə qarşı genişmiqyaslı zorakılığın arqument olduğuna ciddi inanan ölkə nümayəndələri ilə danışmağa başlayacağıq. Rusların öz axmaqlığı ilə çıxardıqları Yanukoviç, Boyko, Muraev kimi müxtəlif zəhərli adlara fikir verməyin".

Müvafiq məlumatı Rusiyanın Belarusdakı səfirliyinə əsaslanan Rusiyanın “Tas” dövlət agentliyi yayıb.

Xatırladaq ki, Ukrayna və Rusiya arasında danışıqların birinci raundu fevralın 28-də keçirilib. Danışıqların birinci raundu 6 saat davam edib.

Martın 3-də Ukrayna-Belarus sərhədində danışıqların ikinci raundu keçirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər