Bu gün Marneulidə üç İmamın təvəllüdü münasibətilə ehsan süfrəsi açıldı
Bugün Marneulidə, İmam Əli Xeyriyyə Fondunun təşkilatçılığı ilə İmam Hüseyn, İmam Səccad və H.Əbəlfəzin təvəllüdü münasibəti ilə ehsan süfrəsi açıldı.
InterPress.ge xəbər verir ki, Ataholdinq parkının önündə qurulan süfrədə gənclər yoldan keçən sakinlərə limonat və şirniyyat payladılar.
Bugünkü ehsan süfrəsi ilə bağlı İmam Əli məscidinin axundu Hacı Hacıyev InterPress.ge əməkdaşlarına müsahibə verdi.
"Bu gün H.Əbəlfəzin (ə) doğum günüdür. Ümumiyyətlə Şaban ayı təvəllüdlərlə doludur. Dünən İmam Hüseynin (ə) doğum günü idi və sabah isə İmam Səccadın (ə) təvəllüdü olacaq. Əziz günlər münasibəti ilə bu gün burada ehsan süfrəsi açılıb. Bu tarixlər İslam aləmi üçün önəmli sayılır. Mən hərkəsi bu günlər münasibəti ilə təbrik edirəm",-Hacı Hacıyev dedi.


