07 
Mar
2022
15:23
377

Qırmızı Xaç Komitəsi: "Mariupol yolu minalanıb"

"Humanitar dəhlizlərlə bağlı hər iki tərəflə danışıqlar “günlərdir” davam edir, lakin atəşkəs razılaşmasının detalları hələ də dəqiqləşdirilir".

lnterPress.ge xəbər verir ki,  bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməliyyatlar üzrə direktoru Dominik Stilhart bildirib.

“Günlərdir ki, hər iki tərəflə danışırıq, lakin atəşkəs razılaşmasının təfərrüatlarını dəqiqləşdirməyə gəlincə, mülki əhalinin bombalanmış şəhərləri tərk etmək hüququ problem olaraq qalır",- deyə Stilhart bildirib. 

O qeyd edib ki, problem iki tərəf arasında "konkret, effektiv və dəqiq" olacaq razılaşma əldə etməkdir. Onun sözlərinə görə, bəzi Qırmızı Xaç əməkdaşları bazar günü razılaşdırılmış marşrut üzrə Mariupolu tərk etməyə cəhd ediblər, lakin tezliklə “göstərilən yolun minalanmış olduğunu” anlayıblar.

 “Buna görə də iki tərəf arasında dəqiq razılaşmanın olması çox vacibdir ki, biz onu yerindəcə təbliğ edə bilək”,- deyə əməliyyat direktoru bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər