05 
Iyn
2020
17:37
762

Tbilisininin Varketili rayonunda sağ-sola atəş açan şəxsi polis saxladı

Tbilisininin Varketili rayonunda sağ-sola atəş açan şəxsi polis saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan Daxili İşlər Nazirliyinin patrul polisi idarəsinin direktoru Vazha Siradze məlumat verib.

Adam bir neçə saat davam edən danışıqlardan sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına təslim olub. Həmin şəxs saxlanana qədər Şuamta küçəsindəki 22 nömrəli evin yaxınlığındakı əraziyə giriş çıxış bağlandı, çox sayda polis əməkdaşı və zirehli texnika hadisə yerində səfərbər edildi.

Mediada yayılan məlumatlara görə, təxminən 45 yaşlarında bir adam olan David İvanov sərxoş vəziyyətdə atəş açmağa başlayıb.

Səbəbin məişət münaqişəsi olduğu iddia edilir. Eyni zamanda, jurnalistlərə məlum oldu ki, keçmişdə İvanov artıq məişət zorakılığına görə məhkum edilibmiş. Bundan əlavə, son vaxtlara qədər kişinin uşaqlarına və arvadına yaxınlaşmasını qadağan edən sərəncam qüvvədə olub.

Bu günkü atışma nəticəsində heç kim zərər görməyib. Polis sözü gedən şəxsin hadisə vaxtı evdə olan qızı və azyaşlı oğlunu təhlükəsiz yerə köçürməyə nail olub. Bundan sonra silahlı şəxs öz mənzilində özünü kilidləyib və heç kəsi içəri buraxmayıb. Daxili İşlər Nazirliyi həmin şəxsin heç bir tələbinin olmadığını bildirib.

Faktla bağlı istintaq başlanılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər