Ukrayna Baş Qərargahı: "Rusiya beynəlxalq humanitar hüququ pozur"
Rusiya hərbçiləri Ukraynada hücum əməliyyatını davam etdirir və ölkənin yaşayış məntəqələrinə raket və artilleriya zərbələri endirir.
lnterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilir.
Məlumata görə, Rusiya qüvvələri hücumlar həyata keçirmək üçün hələ də Belarus aerodromları şəbəkəsindən istifadə edir.
“Rusiya qüvvələri hiyləgər davranaraq beynəlxalq humanitar hüququ pozur, mülki əhalini, yaşıl dəhlizləri bombalayır, qadınları, uşaqları əsir götürür, şəhər məhəllələrinə texnika və sursat yerləşdirir eləcə də süni şəkildə humanitar böhran yaradırlar. Məsələn, İrpin şəhəri üç gündən artıqdır ki, işıqsız, susuz və istiliksiz qalır, onlara qida və su verilmir. İşğalçılar vətəndaşlara evlərini tərk etməyi də qadağan ediblər", - deyə Baş Qərargahın bəyanatında bildirilir.
Baş Qərargah həmçinin izah edir ki, ruslar Rusiya telekanalları üçün işğalçıların saxta insanlığını və insanpərvərliyini vurğulayan səhnələşdirilmiş süjetlər hazırlayır və eyni zamanda Ukrayna silahlı qüvvələrinin hərəkətlərini mənfi şəkildə işıqlandırılan məzmun yaradırlar.
“Ukrayna müdafiə qüvvələri düşmənin hücumunun bütün istiqamətlərində mövqelərini qoruyur. Rusiya yerüstü texnikasını və hava zərbələrini məhv etməklə yanaşı, xeyli insan itkisi də verir. Əsgərləri əsir götürürük", - deyə Baş Qərargah bildirib.


