04 
Fev
2020
10:43
704

Gürcüstanın elektrik enerjisi ticarətində kəsiri ötən il 70 mln. dolları ötüb

Ötən il Gürcüstanın elektrik enerjisi ticarətində kəsiri illik müqayisədə 24,2% artaraq 70,5 mln. ABŞ dollarına çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə “Galt & Taggart” sərmayə idarəetməsi şirkətinin hesabatında bildirilib.

Qeyd olunub ki, ötən il Gürcüstanda elektrik istehlakı əvvəlki illə müqayisədə 1,4% artıb. Ölkənin hidroelektrik istehsalı isə illik müqayisədə 10,1% azalıb. Belə bir şəraitdə yerli tələbatın ödənilməsi məqsədi ilə idxal illik müqayisədə 7,8%, termal elektrik stansiyalarında istehsal 34,3% artırılıb, ixrac 58,5% azaldılıb.

Ümumilikdə, ötən il Gürcüstanın idxal etdiyi elektrik enerjisinin dəyəri 78,3 mln. dollar, idxal gəliri isə 7,8 mln. dollar təşkil edib.

Hesabat ilində Gürcüstanın elektrik enerjisi idxalının 68%-i Azərbaycanın, 32%-i isə Rusiyanın payına düşüb.

2020-ci ildə Gürcüstanın elektrik enerjisinə tələbatının 5% də artacağı bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər