06 
Mar
2022
19:32
843

Rusiyada verilmiş bu bank kartları Gürcüstanda işləməyəcək

Bu gündən dünyanın digər ölkələrində olduğu kimi, Gürcüstanda fəaliyyət göstərən kommersiya banklarının bankomat və post-terminallarında Rusiyada verilmiş VISA və Mastercard kartlarından istifadə etmək mümkünsüz olur. 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Banklar Assosiasiyası məlumat yayıb.

Bu kartların sahibləri ticarət və ya xidmət məntəqələrində pul çıxara və/və ya kartla ödəniş edə bilməyəcəklər.

Bundan əlavə, Rusiya ərazisində istənilən ölkənin vətəndaşlarına, o cümlədən Gürcüstan vətəndaşlarına başqa ölkənin ərazisində verilmiş VISA və Mastercard kartlarından istifadə etmək qadağan olunur.

“Bildirmək istərdik ki, beynəlxalq ictimaiyyətin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində bu gün VISA və Mastercard Rusiya Federasiyasında fəaliyyət göstərən bank və maliyyə institutlarına xidmət göstərməyi dayandırıb.

Nəticədə, bir tərəfdən Rusiya ərazisində verilən VISA və Mastercard kartları xaricdə işləməyəcək. Digər tərəfdən, başqa ölkələrdə verilən VISA və Mastercard kartları Rusiyada işləməyəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər