Mariupol meri: "Vəziyyət gərgindir, ölənləri təxliyə edə bilmirik"
Vəziyyət çox ağırdır, Rusiya ordusu artıq humanitar dəhlizin qarşısını kəsib”.
InterPress.ge xəbər verir ki, bu barədə Ukraynanın Mariupol şəhərinin meri Vadim Boyçenko bildirib.
Onun sözlərinə görə, 5 gündür ki, şəhərə elektrik enerjisi verilmir, mobil rabitə kəsilib, əhali susuz qalıb.
“5 gündür işıqsız qalmışıq. Bütün istilik yarımstansiyalarımız elektrik enerjisindən asılıdır, ona görə də istiliksiz qalmışıq. Mobil əlaqə kəsildi. Biz ehtiyat su təchizatımızı itirmişik və buna görə də indi tamamilə susuz qalmışıq. Rus ordusu şəhəri mühasirəyə almağa çalışır. Bizi humanitar dəhlizdən kəsmək, zəruri istehlak mallarının, tibbi ləvazimatların, uşaq qidalarının tədarükünü dayandırmaq istəyirlər. Onların məqsədi şəhəri sıxmaq və dözülməz təzyiqə məruz qoymaqdır", - mer bildirib.
O, son 5 gündə yaralı və ölənlərin sayının xeyli artdığını bildirib.
“Səkkizinci gün yüzlərlə idi, indi minlərlə yaralı və həlak olanlardan danışırıq. Bu rəqəmlər daha da pisləşəcək. Artıq altıncı gündür ki, hava zərbələri endirilir və biz ölənləri təxliyə edə bilmirik", - mer deyib.


