06 
Mar
2022
00:21
1044

Kadırov Zelenskiyə: "Mixeil Saakaşvilinin yolunu seçib, qalan vaxtını qorxudan qalstuk çeynəməklə keçirmək istəyirsən?"

Ramzan Kadırov Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət edərək hakimiyyəti Viktor Yanukoviçə təhvil verməyi təklif edib.

InterPress.ge xəbər verir ki, bu barədə Çeçenistan lideri Telegram səhifəsində yazıb.

Kadırov “Zelenskinin qaçdığını” iddia edir və ondan Kiyevə qayıtmasını, Rusiyanın tələblərini qəbul etməyi və ukraynalılardan üzr istəməsini xahiş edir.

“Özünü xilas etmək və yolda ləyaqətlə addımlamaq hələ də gec deyil. İnsanları təhqir etməyin. Qayıt, Volodimir! Mixail Saakaşvilinin yolunu seçib, qalan vaxtını qorxudan qalstuk çeynəməklə keçirmək istəyirsən? Bu, ən yaxşı variant deyil..." - Kadırov bildirib.

Çeçenistan lideri qeyd edib ki, Yanukoviç Ukraynanın legitim prezidenti olaraq qalır. 

Rusiya KİV-lərinin məlumatına görə, Zelenski müharibə dövründə Ukraynanı tərk edib və guya Ukrayna-Polşa sərhədini keçib.

Prezidentin özü Volodimir Zelenski Kiyevdə olduğunu və heç yerə getmədiyini vurğulayıb.

Xatırladaq ki, Yanukoviç 2014-cü ildə dövlət başçısı postundan uzaqlaşdırılıb. Ukraynada Yanukoviçə qarşı çoxsaylı işlər açılıb. O, artıq dövlətə xəyanətdə təqsirli bilinib və qiyabi olaraq 13 il müddətinə azadlıqdan məhrum edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər