Gürcüstan vətəndaşlarının Ukraynadan Polşaya təxliyəsi başlayır
Gürcüstan vətəndaşlarını Ukraynadan Polşaya təxliyə etmək üçün Lvovdan xüsusi avtobus reysləri planlaşdırılıb.
InterPress.ge xəbər verir ki, bu barədə qərarı Gürcüstan hökuməti Xarici İşlər Nazirliyi ilə razılaşdıraraq qəbul edib.
Lvov-Varşava marşrutu üzrə avtobuslar Ukrayna vaxtı ilə martın 6-dan 10-dək hər gün səhər saat 08:00-dan 09:00-a kimi fəaliyyət göstərəcək.
Ünvan: Lvov, Universitet N 1, İvano Franko Parkı, Lvov Milli Universiteti.
“Avtobuslar 50 nəfər üçün nəzərdə tutulub, əhalinin dinc şəkildə təxliyəsi üçün aşağıdakı nömrələrlə əvvəlcədən qeydiyyatdan keçmək lazımdır:
+380 (63) 376 77 68
+380 (63) 376 73 64
“Ukraynadakı müharibə vəziyyəti ilə əlaqədar olaraq, Gürcüstanın Kiyev, Odessa və Lvovdakı diplomatik nümayəndəlikləri fövqəladə, 24 saat ərzində fəaliyyətini davam etdirir və Gürcüstan vətəndaşlarına Ukrayna ərazisini tərk etməkdə və humanitar yardım göstərməkdə effektiv köməklik göstərirlər”,- Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.


