Volodimir Zelenski: "Rusiya hərbçilərinə məğlub olacaqlarını göstərən hər bir ukraynalıya heyranam"
“Milli bayraq tutaraq etiraz edən və Rusiya hərbçilərinə məğlub olacaqlarını göstərən hər bir ukraynalıya heyranam, şübhəsiz ki, məğlub olacaqlar, çünki silahsız hərbi texnikanı dayandıran insanları məğlub etmək mümkün deyil”.
lnterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
Onun sözlərinə görə, Ukrayna xalqı işğalçıların müdafiəni yarıb Rusiya hərbi qüvvələrinə müqavimət göstərir.
“Ukrayna xalqı işğalçıların çıxa bildiyi yerlərdə belə müqavimət göstərir. Milli bayraq tutaraq etiraz edən və Rusiya hərbçilərinə məğlub olacaqlarını göstərən hər bir ukraynalıya heyranam, onlar mütləq məğlub olacaqlar, çünki silahsız hərbi texnikanı dayandıran, işğalçıdan əşya almaqdan boyun qaçıran, bəlaya düçar olan, təhlükədə olan, lakin ləyaqətini itirməyən və heç vaxt itirməyəcək insanları məğlub etmək mümkün deyil”,- deyə Zelenski bildirib.


