Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 3033 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 623 672 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 8 118 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 547 531 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, 32 nəfər ölüb və ölənlərin ümumi sayı 16 338 nəfər təşkil edib.
