04 
Mar
2022
21:48
586

Gürcüstan Prezidenti: "Siz bu gün Gürcüstanın ləyaqətini təmsil edən insanlarsınız, buna görə çox sağ olun"

"Siz bu gün Gürcüstanın ləyaqətini təmsil edən insanlarsınız, buna görə çox sağ olun".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Rustaveli prospektində ukraynayönlü mitinq iştirakçılarına müraciət etdi.

“Bu gün mən Gürcüstanın dayanmalı olduğu yerdə, prezident Zelenskinin yanında, Ukraynanın yanındayam, bizim mədəniyyətimizin, adət-ənənəmizin, gürcü millətinin ləyaqətinin, dost ölkənin azadlıq, müstəqillik, Avropanın gələcəyi üçün mübarizə apardığı yerdə dayanırıq. Biz də oradayıq, biz də orada olacağıq və mən buradan prezident Zelenskiyə dəstəyimi, sizin dəstəyinizi çatdırmaq istəyirəm. Siz bu gün Gürcüstanın ləyaqətini təmsil edən insanlarsınız. Buna görə çox sağ olun”, - Salome Zurabişvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər