04 
Mar
2022
21:19
940

Polşa səfiri: "Qoridəki Stalin muzeyini bağlayın"

Mən gürcü dostlarıma müraciət etmək istəyirəm, başa düşürəm ki, siz çox çətin vəziyyətdəsiniz, Rusiyanın əleyhinə danışa bilməzsiniz, ancaq bir simvolik jest edin. Qoridəki Stalin muzeyini bağlayın”.

 InterPress.ge xəbər verir ki, bu barədə Polşanın Gürcüstandakı səfiri Mariuş Maşkieviç Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun təşkilatçılığı ilə Ukrayna-Rusiya mövzusunda keçirilən tədbirdə  deyib.

Maşkieviçin sözlərinə görə, Gürcüstanın kiçik ölkə olmasına, böyük qonşuya malik olmasına və ağır iqtisadi vəziyyətə malik olmasına baxmayaraq, belə bir vaxtda Qoridəki Stalin muzeyinin bağlanması vacibdir.

“Mən gürcü dostlarıma müraciət etmək istəyirəm, bir təklifim var. Başa düşürəm ki, siz çox çətin vəziyyətdəsiniz, kiçik ölkəsiniz, böyük qonşusunuz, çətin iqtisadi vəziyyətdəsiniz, Rusiyanın əleyhinə danışa və onlara qarşı tətbiq edilən sanksiyaları dəstəkləyə bilməzsiniz, yaxşı, amma xahiş edirəm bir simvolik jest edin. Qoridəki Stalin Muzeyini bağlayın",- Maşkieviç bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər