Ukraynalı qaçqınların böyük axınını gözləyən Çexiya hökuməti cümə günü fövqəladə vəziyyət elan edəcək.
InterPress.ge xəbər verir ki bu barədə Çexiyanın Baş naziri Petr Fiala bildirib.
“Biz bunu yalnız texniki səbəblərə görə, qaçqın axınının öhdəsindən gələ bilmək üçün edirik”, - deyə Çexiyanın baş naziri bildirib.
Onun sözlərinə görə, tətbiq edilən fövqəladə vəziyyət Çexiya vətəndaşlarına təsir etməyəcək.
Məlumata görə fövqəladə vəziyyət ilkin olaraq 30 gün müddətinə elan edilir, lakin lazım gələrsə, hökumət onun uzadılmasını planlaşdırır.
