Minlərlə könüllü Ukraynada döyüşmək üçün yola düşdü
16 min xarici könüllüdən ibarət ilk dəstə artıq Ukraynanı müdafiə etmək üçün gəlir.
InterPress.ge xəbər verir ki bu barədə Prezident Vladimir Zelenski videomüraciətində bildirib.
O, həmçinin qeyd edib ki, Ukrayna öz tərəfdaşlarından getdikcə daha çox silah alır və o bu beynəlxalq yardımın uğurlu olacağını deyib.
“Ukrayna hər gün tərəfdaşlarından silah alır. Əsl dostlardan. Hər gün getdikcə daha güclü silahlar alırıq. Ukrayna artıq ölkəmizə gələn 16 min xarici könüllüləri qarşılayır. Onlar azadlığı müdafiə etməyə, həyatları qorumağa, bizim üçün, hamı üçün gəlirlər və əminəm ki, bu, uğurlu olacaq”, - deyə Zelenski bildirib.
Ukraynanın birinci şəxsi onu da qeyd edib ki, Nazirlər Kabineti artıq xüsusi yardım paketi hazırlayıb, bu paket müharibə nəticəsində işini itirmiş ukraynalılara 6500 qrivnanın ödənilməsini nəzərdə tutur.
“Dövlətimizin bütün bölgələrində müharibədə iştirak edən ukraynalılar lazım olan hər şeyi alırlar. Koordinasiya qərargahı tam gücü ilə işləyir. Humanitar yüklər yoldadır. Hökumət artıq müharibə səbəbindən işləmək imkanını itirmiş bütün ukraynalılar üçün xüsusi yardım proqramı hazırlayıb. Müharibə olan və insanların əmək qabiliyyətini itirdiyi yerdə onlar heç bir şərt olmadan 6500 qrivna alacaqlar”, - deyə prezident bildirib


