''Yaxşı, onda avropalı kimi hərəkət edin''.
InterPress.ge xəbər verir ki bu şərhlə Avropa Parlamentinin deputatı Maykl Qaler feysbukda Gürcüstanın Aİ-yə üzvlük üçün ərizə verəcəyini yazan Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Maka Boçorişviliyə cavab verir.
"Yaxşı, onda siz də siyasət üzərində işləyərkən avropalı kimi hərəkət edin - və bu mesaj bütün maraqlanan tərəflərə ünvanlanıb", - deyə Avropa Parlamentinin deputatı yazıb.
Qeyd edək ki, Gürcü Arzusunun sədri İrakli Kobaxidze dünən bildirib ki, Gürcüstan Aİ-yə namizəd statusu üçün ərizə hazırlayır və martın 3-də rəsmi olaraq Aİ strukturlarına təqdim olunacaq.
