03 
Mar
2022
11:32
415

Saakaşvilinin vəkilinə fiziki və şifahi təzyiq göstərən XPX işçisi vəzifəsindən azad edildi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəkili Şota Tutberidzeyə şifahi və fiziki təzyiq göstərən Rustavidə 12-ci Penitensiar Xidmətin Xarici Mühafizə Bölməsinin müfəttişi vəzifəsindən uzaqlaşdırılıb. 

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Xüsusi Penitensiar Xidmət yayıb.

Vəkil Şota Tutberidzenin yaydığı məlumatla bağlı aydınlaşdırırıq ki, bu il martın 2-də 12 saylı cəzaçəkmə müəssisəsində Şota Tutberidze ilə Xüsusi Penitensiar Xidmətin əməkdaşlarından biri arasında müəyyən insident baş verib.

Xüsusi Penitensiar Xidmət bu faktın tam öyrənilməsi üçün müvafiq istintaq orqanları ilə mümkün qədər əməkdaşlıq edəcək. Faktla bağlı Gürcüstanın Cinayət Məcəlləsinin 333-cü maddəsinin “b” bəndi ilə istintaq başlayıb. Həmçinin qeyd olunan faktla bağlı Xüsusi Penitensiar Xidmətin monitorinq şöbəsində araşdırmalara başlanılıb və hadisəni törədən şəxs Penitensiar Xidmətin Xarici Mühafizə Bölməsinin inspektoru vəzifəsindən kənarlaşdırılıb.

"Xüsusi Penitensiar Xidmət bir daha bildirir ki, onun tabeliyində olan bütün cəzaçəkmə müəssisələrində həm təqsirləndirilənlərin/məhkumların, həm də onlara baş çəkmiş şəxslərin hüquqları tam şəkildə qorunur", - deyə məlumatda bildirilir. Müşayiətçi əvvəlcə Mixail Saakaşvilinin vəkili Şota Tutberidzeyə əvvəlcə şifahi, həm də fiziki şəkildə söyüb sonra isə hücum edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər