Rusiya qüvvələrinin Sum şəhərinə raket atması nəticəsində 5 nəfər yaralanıb.
lnterPress.ge xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, yaralılar xəstəxanaya çatdırılıb.
“27-ci Artilleriya Briqadası, Sum Hərbi İdarəsi və Kadet Korpusunun ərazisinə güclü raket zərbəsi endirilib. 5 nəfər xəstəxanadadır", - deyə Sum Regional Dövlət Administrasiyasının rəhbəri Dimitri Jiviçki yazıb.
Qeyd edək ki, Sum şəhəri hazırda Rusiya qüvvələrinin nəzarətindədir.
