02 
Mar
2022
22:17
426

Aİ Rusiyaya avro əskinaslarının idxalına qadağa qoydu

Avropa İttifaqı (Aİ) Rusiyaya avro əskinaslarının idxalına qadağa qoyub.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Avropa İttifaqının rəsmi jurnalında dərc olunub. 

Qadağa martın 12-dən qüvvəyə minəcək.

Xüsusilə, Aİ fiziki və hüquqi şəxslərə, habelə təşkilatlara və Rusiya dövlət qurumlarına, o cümlədən hökumət və mərkəzi banklara avro əskinaslarını Rusiyaya satmağı, köçürməyi və ya idxal etməyi, habelə Rusiya ərazisində hər hansı vasitə ilə istifadə etməyi qadağan edir. 

Qadağa Rusiyaya nağd pulun gətirilməsinə şamil edilmir, bu, Rusiyada diplomatik toxunulmazlığa malik səfirliklərin, konsulluqların və beynəlxalq təşkilatların maliyyələşdirilməsi ilə bağlıdır.

Ölkəyə səfər edəcək şəxslərə avro əskinaslarının gətirilməsi də qadağan edilməyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər