02 
Mar
2022
12:37
224

Dünya bankı Ukraynaya milyonlarla maddi yardım ayırdı

Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondu Ukraynaya maliyyə yardımı etməyə hazırlaşır.

 InterPress.ge xəbər verir ki, bu barədə BBC-nin məlumatında bildirilir.

 Təşkilat rəhbərləri birgə bəyanatda Rusiyanın işğalı nəticəsində yarana biləcək yan təsirlərdən narahat olduqlarını bildiriblər. Bununla əlaqədar olaraq, onlar əmtəə qiymətlərindəki artımı, maliyyə bazarının pozulmasını və qlobal inflyasiyanın daha da güclənməsi risklərini vurğulayırlar.

Nəşrin məlumatına görə, Dünya Bankı yaxın aylarda Ukraynaya 3 milyard dollar yardım edəcək ki, bunun da 350 milyonu yaxın həftələrdə ölkəyə daxil olacaq. Ümumdünya Valyuta Fonduna gəlincə, təşkilat Ukraynanın təcili maliyyələşdirmə sorğusuna tez bir zamanda baxılacağını bildirir.

ÜVF ümid edir ki, iyul ayına qədər Ukraynaya 2,2 milyard dollar vəsait ayrılacaq.

Bizimlə əlaqə saxlayın