Wizz Air şirkəti Ukrayna ilə sərhəd ölkələrindən (Polşa, Slovakiya, Macarıstan, Rumıniya) Kontinental Avropaya bütün uçuşlarda ukraynalı qaçqınlara 100 000 pulsuz yer təklif edəcək.
lnterPress.ge xəbər verir ki, bu barədə Wizz Air şirkəti məlumat yayıb.
“Wizz Air, harada olursa olsun, qaçqınların mənzillərinə çatmalarına kömək etməyə hazırdır. Wizz Air, qaçqınların köçürülməsinə kömək etmək üçün artıq sərhəd ölkələrindən Avropaya daha böyük təyyarələr və əlavə uçuşlar əlavə edib", - deyə şirkətin açıqlamasında bildirilir.
Məlumata görə mart ayı ərzində 100.000 pulsuz yer və müxtəlif tariflər mövcud olacaq.
