01 
Mar
2022
19:34
443

Volodimir Zelenski: "Rus hərbçiləri uşaqlarımızı öldürdülər"

"Mən indi canları bahasına ölkəni müdafiə edən, birliyi, azadlığı müdafiə edən Ukrayna vətəndaşlarından danışıram. Mən çox şadam ki, biz bu gün hamımızı - Aİ ölkələrini birləşdirmişik, amma bunun belə bir mühitdə olacağını bilmirdim. Bu vəziyyət mənim və bütün ukraynalılar, dövlət üçün də faciədir".

InterPress.ge xəbər verir ki, bu barədə
Ukrayna prezidenti Volodimir Zelenski Avropa Parlamentindəki çıxışında deyib.

Onun sözlərinə görə, Putin mülki əhalinin öldürüldüyü zaman yalnız hərbi infrastrukturun məhv ediləcəyini qeyd edib.

"16 uşağımız öldürülüb və prezident Putin deyir ki, bu, bir növ "əməliyyatdır" və yalnız hərbi infrastruktur bombalanır. Rus hərbçiləri uşaqlarımızı öldürdülər".

Avropa Parlamentinin deputatları Ukrayna prezidentinin çıxışını uzun sürən alqışlarla qarşılayıblar. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər