Vladimir Zelenski dünyanı Rusiyanı terrorçu dövlət elan etməyə çağırıb
''Biz bütün dünya dövlətlərini təcavüzkarın bu cinayətkar taktikasına dərhal və effektiv cavab verməyə və Rusiyanın dövlət terroru həyata keçirdiyini bəyan etməyə çağırmalıyıq''.
lnterPress.ge xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zalenski bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski dünyanı Rusiyanı terrorçu dövlət elan etməyə çağırıb.
“Mərkəzi meydana raket atmaq gizli terrordur. Bunu heç kim bağışlaya bilməz. Heç kim unutmayacaq. Xarkova hücum müharibə cinayətidir. Bu, Rusiya Federasiyasının dövlət terrorudur. Bundan sonra Rusiya terrorçu dövlətdir. Biz bütün dünya dövlətlərini təcavüzkarın bu cinayətkar taktikasına dərhal və effektiv cavab verməyə və Rusiyanın dövlət terroru həyata keçirdiyini bəyan etməyə çağırmalıyıq. Biz terrorçuların beynəlxalq məhkəmələrdə cavabdehlik götürmələrini tələb edirik”, - deyə Zelenski bildirib.


