01 
Mar
2022
14:09
441

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 6 847 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 612 319 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 9 003 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 513 164 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 36 nəfər ölüb və ölənlərin ümumi sayı 16 199 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər