01 
Mar
2022
13:51
899

Bu gündən bu qadağa qüvvəyə mindi

''Onlayn qumar biznesi üçün daha sərt qaydalar martın 1-dən qüvvəyə minir.  Bu gündən qumar oyunlarının reklamı qadağan edilir''. 

lnterPress.ge xəbər verir ki,  bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili feysbuk sosial şəbəkəsində yazır.

Hökumət başçısının sözlərinə görə, onlayn oyunlara giriş məhdudlaşdırılır və onlayn kazinolardan artıq yaşı 25-dən aşağı olan Gürcüstan vətəndaşları, sosial cəhətdən həssas şəxslər, dövlət məmurları və qadağan olunmuş şəxslər siyahısına daxil edilmiş şəxslər istifadə edə bilməz.

“Onlayn kazinolar əhalimiz üçün ən böyük problemlərdən biri idi. Bir çox insan - azyaşlılar, gənclər, həssas insanlar onlayn oyunlara aludə idilər. Hər il əhalimizin pulu - 1,5 milyard lari onlayn kazinolarda xərclənirdi.

Onlayn qumar biznesi üçün daha sərt qaydalar martın 1-dən qüvvəyə minir. Bu gündən etibarən qumar oyunlarının reklamı qadağan edilir. Onlayn oyunlara giriş məhdudlaşdırılır və onlayn kazinolardan artıq yaşı 25-dən az olan Gürcüstan vətəndaşları, sosial cəhətdən həssas şəxslər, dövlət məmurları və qadağan olunmuş şəxslər siyahısına daxil edilmiş şəxslər istifadə edə bilməz. Ümumilikdə məhdudiyyətlər 1 milyona qədər vətəndaşa şamil olunacaq. Provayderlərə istehlakçılar tərəfindən xarici qumar bizneslərinin xeyrinə ödənişlər etmək də qadağan edilir.

Mən bir daha Gürcüstan parlamentinə və təşəbbüsümü dəstəkləyən hər bir vətəndaşa təşəkkür etmək istəyirəm”, - deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər