Rusiya İsveçrədə qeydiyyatdan keçmiş təyyarələrin öz hava məkanına daxil olmasını qadağan edib
InterPress.ge xəbər verir ki, bu barədə Rosaviasiya Federal Aviasiya İdarəsinin yaydığı məlumatda deyilir.
Onlar bu addımın İsveçrənin oxşar hərəkətinə cavab tədbiri olduğunu qeyd ediblər.
Xatırladaq ki, İsveçrə prezidenti İqnasio Kassis neytral İsveçrənin Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulacağı və Rusiyanın aktivlərini donduracağı ehtimalını açıqlamışdı. Sanksiyalar həmçinin humanitar, axtarış və təcili uçuşlar istisna olmaqla, Rusiyadan gələn bütün uçuşlar, o cümlədən şəxsi təyyarələr üçün İsveçrə hava məkanının bağlanmasını əhatə edir.
.jpg)