Ukraynanın Aİ-yə üzvlük müraciətinə baxılması proseduruna başlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Ukraynanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Vsevolod Centsov Twitter-də yazıb.
“Prezident Zelenskinin imzaladığı Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsi Avropa İttifaqı Şurasına sədrlik edən ölkə olan Fransanın daimi nümayəndəsi Filip Leqis-Kostaya təhvil verilib”, - diplomat yazıb.
Onun sözlərinə görə, müraciət qeydə alınıb.
