Ukrayna və Rusiya arasında danışıqların birinci raundu başa çatıb.
InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna mətbuatı "Unian" yazır.
Nəşrin məlumatına görə, danışıqların birinci raundu 6 saat davam edib.
Prezident aparatının rəhbərinin müşaviri Mixailo Podoliak bildirib ki, tərəflər danışıqların növbəti raundu üzrə razılığa gəliblər.
O bildirib ki, tərəflər bir sıra prioritet məsələlər müəyyənləşdiriblər ki, onlar üzrə müəyyən qərarlar qəbul edilib.
"Tərəflər danışıqların nəticəsini müzakirə etmək üçün paytaxtlarına qayıdırlar", - məlumatda deyilir.
