28 
Fev
2022
16:54
470

Kənd Təsərrüfatı naziri: "Ukrayna ilə ticarətdə gecikmələr olsa da, ölkədə ərzaq təminatı baxımından heç bir problem yoxdur"

"Buğda ilə bağlı heç bir gecikmə yoxdur. Ölkədə təqribən 50 min ton tədarük var."

 lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqiya hökumətin iclasından sonra bildirib.

Onun sözlərinə görə, indiki mərhələdə buğda və unun qiymətinin tənzimlənməsi ilə bağlı müvafiq sektorun nümayəndələri ilə danışıqlar aparılır.

“Bizim müvafiq sektorun nümayəndələri ilə danışıqlarımız gedirr. Biz onlara konkret təklif verdik. Bizim təklifimiz ondan ibarətdir ki, buğda hissəsinə subsidiya verilsin ki, qiymət rəqabətədavamlı olsun və dəyirmanlar rəqabətli mühitdə işləyə bilsinlər. Onların da öz təklifləri var və biz onları nəzərdən keçiririk. Mən deməmişəm ki, subsidiya həyata keçiriləcək. Biz müxtəlif versiyaları müzakirə edəcəyik və sonda ölkə və sektor üçün optimal olacaq qərar qəbul edəcəyik”, - deyə Otar Şamuqia bildirib.

Nazirin sözlərinə görə, Ukrayna ilə ticarətdə gecikmələr olsa da, ölkədə ərzaq təminatı baxımından heç bir problem yoxdur. 

“İdxalçılarla görüşümüz oldu, onlarla daimi əlaqəmiz var və indiki mərhələdə ərzaq təminatında heç bir gecikmə yoxdur. Ukrayna ilə ticarətdə gecikmələr var, baxmayaraq ki, bu məsələ o qədər tənzimlənir, belə demək mümkünsə, bu gün ölkədə ərzaq, o cümlədən ilkin istehlak məhsulları sahəsində tədarük problemi yoxdur. "Biz idxalçılarla daimi əlaqədə olacağıq və lazım gəldikdə hərəkət edəcəyik", - deyə Otar Şamuqia bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər