28 
Fev
2022
15:24
627

Vahid Milli İmtahanlara qeydiyyat başlayır

2022-ci ilin Vahid Milli İmtahanlarına qeydiyyat martın 1-i saat 10:00-da başlayacaq və aprelin 4-ü saat 18:00-dək davam edəcək.

lnterPress.ge xəbər verir ki , bu barədə Milli Qiymətləndirmə və İmtahan Mərkəzi məlumat yayıb

Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin direktoru Sopio Qorqodzenin sözlərinə görə, imtahan verənlər yalnız elektron qaydada Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin online.naec.ge saytında qeydiyyatdan keçə biləcəklər.

Sopio Qorqodze abituriyentləri qeydiyyat prosedurlarına və son tarixlərə diqqət yetirməyə çağırıb,  buna qədər Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin rəsmi saytında -  elektron kolleksiya “Abituriyentlər üçün arayış”la  tanış olmalıdırlar.

“Kolleksiyaya 2022-ci ilin xəbərləri, təhsil proqramlarının siyahısı, tez-tez verilən suallar və imtahan prosesi ilə bağlı bütün vacib məsələlər daxildir.

Bu il də abituriyentlər üçün qeydiyyat prosesi bir neçə mərhələdə aparılacaq:

Birinci mərhələdə abituriyent şəxsi məlumatlarını yerləşdirməli, imtahanın keçiriləcəyi şəhəri, keçəcəyi fənləri seçməli və zəruri hallarda xüsusi şərtləri qeyd etməlidir.

Abituriyentlər aprelin 14-ü saat 18:00-dək fənni, eləcə də imtahanın dilini dəyişdirə və ya əlavə edə biləcəklər.

İmtahan verənlərin apellyasiya  nəticələri elan olunduğu gündən sonrakı gündə daxil olmaqla tədris proqramlarının siyahısında dəyişiklik etmək imkanı olacaq.

Mümkün qeydiyyat və ödəniş üsulları haqqında ətraflı məlumat Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin www.naec.ge saytında martın 1-də yerləşdiriləcək”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər