Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 2 465 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 605 472 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 12 840 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 504 161 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 25 nəfər ölüb və ölənlərin ümumi sayı 16 163 nəfər təşkil edib.
