Fevralın 28-i səhər saatlarından Rusiya qüvvələri Kiyevin müdafiəsini yarıb paytaxtı zəbt etməyə çalışır.
lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Ukrayna mediası Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarından aldığı məlumata əsasən yayıb.
Məlumata görə, Ukrayna silahlı qüvvələri tərəfindən düşmənin bütün hərəkətləri nəzarət altındadır və həmçinin hazırda paytaxtın vəziyyət də nəzarət altındadır.
“Rusiya işğalçı qüvvələrinin öz məqsədlərinə çatmaq üçün bütün cəhdləri boşa çıxıb. Düşmən şəxsi heyətlə xeyli itki verdi. Rus qoşunları ruhdan düşüb, yorulub. Biz evimizi çağırılmamış qonaqlardan qoruya biləcəyimizi göstərdik'',- deyə Silahlı Qüvvələrin bəyanatında bildirilir.
