Tbilisidə Ukraynaya dəstək aksiyasında daha bir Rusiya vətəndaşı pasportunu yandırdı
Rusiya vətəndaşı Ukraynaya dəstək aksiyası zamanı pasportunu xalqın gözü qarşısında yandırıb.
InterPress.ge xəbər verir ki, O, bu hərəkəti ilə Rusiya hökumətinin təcavüzkar siyasətini pislədiyini bildirib.
Özünün də qeyd etdiyi kimi, artıq ona ehtiyac olmadığı üçün pasportunu yandırır.
"Hakimiyyəti ələ keçirmiş Putinin cinayətkar dəstələrinin rejiminə nifrət edirəm. Bu rejim rus millətinə xəyanət edib. Öz xalqını qırğına göndərir. Bütün dünyanı nüvə silahı ilə hədələyir. Bu vətəndaşlıqdan imtina edirəm. Mən əminəm ki, Ukrayna xalqı qalib gələcək: Bəzi rusların əvəzinə üzr istəyirəm. Mən də dəqiq bilirəm ki, Rusiyada çox ağıllı insanlar var. Onların çoxu hazırda həbsdədir. Onlar müharibənin əleyhinədirlər". dedi və bundan sonra onun Rusiya pasportu yandırıldı.


