Tbilisidə Ukraynaya dəstək aksiyası keçirilir
Gürcüstan parlamenti qarşısında Ukraynaya dəstək aksiyası keçirilir.
InterPress.ge xəbər verir ki,aksiyaya sadə vətəndaşlarla yanaşı, vətəndaş fəalları və siyasətçilər də qatılıb.
Etirazçılar Gürcüstan və Ukrayna bayraqları tutublar. Bundan əlavə, onlar Ukraynayönlü plakatlat tutub, Ukrayna xalqının ünvanına şüarlar səsləndirirlər.
Etirazçılardan biri Qiorqi Kakulia bildirib ki, Gürcüstan hökuməti Ukraynaya getmək istəyənlərin könüllü olaraq iştirakını təşkil etməlidir.
"Mən Ukraynada anadan olmuşam. Orada çoxdan yaşamamışam, amma bura mənim vətənimdir. Hesab edirəm ki, hər bir insan öz torpağını qorumalıdır və buna görə də Ukraynaya getmək istəyirəm. Bu Rusiyanın siyasəti və təcavüzüdür.Rusiya indi Ukraynadadır, tezliklə də Gürcüstana gələcək”, – Qiorqi Kakuliya bildirib.
Parlamentin yaxınlığındakı Rustaveli prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.


