27 
Fev
2022
14:21
443

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirildi- FOTO

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində anım tədbiri keçirildi.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin Facebook səhifəsində məlumat yerləşdirilib.

 Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi və Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlı İş Adamları Birliyinin (AZEBI) birgə dəstəyi ilə Gürcüstanda yaşayan fiziki məhdudiyyətli uşaqlar üçün humanitar yardım göstərilib.

“Xocalı faciəsi nəinki Azərbaycan, həmçinin dünya tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Biz, bütün dünyada əmin-amanlıq və sülhün olmasını, Xocalı soyqırımı kimi faciələrin bir daha təkrarlanmamasını arzu edirik!”,- deyə məlumatda qeyd olunub.

 

Bizimlə əlaqə saxlayın