Ukrayna dəstək aksiyası keçirildi
"Mitinqin keçirilməsində məqsəd Ukrayna xalqına gürcü cəmiyyətinin hakimiyyət kimi düşünmədiyini göstərməkdir”.
lnterPress.ge xəbər verir ki, bu barədə mitinqin təşkilatçılarından biri olan, Tbilisi Şəhər Assambleyasının “Vahid Milli Hərəkat” fraksiyasının sədr müavini Ana Qoqoladze deyib.
“Milli Hərəkat”ın təşkilatçılığı ilə Ukraynaya dəstək məqsədilə Respublika meydanından Azadlıq meydanına qədər yürüş keçirilib.
Yürüş zamanı aksiya iştirakçıları Gürcüstan və Ukrayna himnlərini səsləndiriblər.
Yürüşdən sonra müxalifət partiyasının nümayəndələri hökumət administrasiyası ilə görüşməyi planlaşdırır.
“Ukraynada baş verənlər təkcə Ukraynanın deyil, həm də Gürcüstanın mübarizəsidir. Ukrayna bizim etməli olduğumuzu edir. Gürcü xalqı bütün sahələrdə ukraynalılara dəstəyini nümayiş etdirməli və gürcü xalqının hökumət kimi düşünmədiyini göstərməlidir. Biz hökumətin anti-dövlət bəyanatlarından uzaqlaşırıq və bütün mövcud məkanlarda bütün mövcud formalarda dəstəyimizi ifadə etmək istəyirik.
Gürcü xalqının etirazı, Ukraynada ölkəmizə münasibəti kökündən dəyişib. Bunu dost gürcü xalqı ilə fəxr edən prezident Zelenskinin bəyanatları sübut edir”,- deyə Qoqoladze bildirib.


