27 
Fev
2022
11:24
382

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 4 835 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 603 007 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 13 840 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 491 321 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 41 nəfər ölüb və ölənlərin ümumi sayı 16 138 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər