26 
Fev
2022
22:48
303

Gürcüstanın tanınmış incəsənət xadimləri “Xocalıya Ədalət” tələb ediblər - VİDEO

Gürcüstanın tanınmış incəsənət xadimləri “Xocalıya Ədalət” tələb ediblər.

InterPress.ge xəbər verir ki, Qiya Kançeli adına Simli Kvartetinin üzvləri Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar Tbilisi şəhərinin müxtəlif ərazilərində musiqi vasitəsilə Xocalıya ədalət tələb ediblər.

Belə ki, “Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Gürcüstanın Qiya Kançeli adına Simli Kvartetinin üzvləri Tbilisi şəhərinin müxtəlif ərazilərində, xüsusən də Gürcüstan Prezidentinin iqamətgahı, ölkə Parlamenti, şəhər Sakrebulosunun (bələdiyyəsinin) qarşısında, həmçinin yerli sakinlərin və turistlərin sıx toplaşdığı Rustaveli prospekti və şəhərin simvollarından biri sayılan Sülh Körpüsündə musiqi vasitəsilə “Xocalıya Ədalət” tələb ediblər.  

İncənət xadimləri “Xocalıya Ədalət” şüarı və Bakıdakı “Ana harayı” abidəsi üzərində olan posterlərin fonunda ifalarını həyata keçiriblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər