26 
Fev
2022
16:05
375

Gürcüstanda bu günə qədər peyvənd olunanların statistikası açıqlandı

Son 24 saat ərzində 2681 nəfər koronavirusa qarşı peyvənd olunub.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Fevralın 26-na olan məlumata görə, ölkədə ümumilikdə 2 814 515 peyvəndləmə aparılıb. 18 yaşdan yuxarı əhalinin 47,0%-ni təşkil edən 1 349 613 nəfər ən azı bir doza ilə, 43,4% - ni təşkil edən 1 245 680 nəfər isə tam doza ilə peyvənd olunub. Buster dozası ilə 216 497 nəfər peyvənd olunub.

12-15 yaşlı yeniyetmələrdə 4031 nəfər ən azı 1 doza  ilə peyvənd olunub. Bu da 2,27% təşkil edir. 3125 yeniyetmə (1,76%) tam doza ilə peyvənd olunub. 12 517 nəfər (15,44%) 16-17 yaşlı uşaqlar arasında ən azı 1 doza ilə peyvənd olunub.Eyni zamanda, 11 060 yeniyetmə tam peyvənd olunub ki, bu da 13,64% təşkil edir”,  -  deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər