25 
Fev
2022
17:00
2874

Radanın deputatı: "Ukraynadan sonra  sırada Gürcüstandır"

''Rusiyayönlü Avropa liderləri, o cümlədən Çexiya prezidenti Zeman və Fransa siyasətçisi Le Pen müharibənin dəhşətli olduğunu desələr də, Gürcüstanın baş naziri Ukraynaya xəyanət edir''.

lnterPress.ge xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko bildirib.

Sərt feysbuk  statusundan sonra o, baş nazir Ğaribaşvilinin bugünkü bəyanatlarını televiziya şərhi ilə dəyərləndirib və 2008-ci ildə  Rusiyanın təcavüzü zamanı Ukraynanın o zamankı prezidentinin Gürcüstana ən qaynar və təhlükəli vaxtda dəstək olmaq üçün Tbilisiyə gəldiyini  xatırladıb.

Qonçarenko bir daha deyir ki, Rusiya Ukrayna ilə dayanmayacaq və onun hədəfi Gürcüstandır.

“Bu, təkcə Ukraynaya deyil, Gürcüstana da xəyanətdir, çünki Ukraynadan sonra  sırada Gürcüstandır. 

Əziz dostlar, 2008-ci ildə rus tankları Qoridən Tbilisiyə doğru hərəkət edərkən hansı ölkənin prezidenti Tbilisiyə gəlib sizin tərəfinizdə dayandığını unutmusunuz. Bu, Ukrayna prezidenti idi.

Bu biabırçı hərəkəti necə qiymətləndirirsiniz?! Gedin mənim sevimli prospektim Rustaveliyə, və hökumətə başa salın ki, Putin  qardaşı Ukraynanı dağıdanda hansı mövqedən çıxış etməlidir. Mən Gürcüstana inanıram.  Gürcüstana eşq olsun.

Rusiyayönlü Avropa liderləri, o cümlədən Çexiya prezidenti Zeman və fransız siyasətçi Le Pen müharibənin dəhşətli olduğunu desələr də, Gürcüstanın baş naziri Ukraynaya xəyanət edir. Bizdən sonra Gürcüstana gələcəklər. Çox təəssüf.  Mən sizi qorxutmuram ancaq Putin Ukrayna ilə dayanmayacaq.  Hökumət adından danışa bilmərəm, amma Ukrayna xalqı üçün Ğaribaşvili bu gündən fikrini dəyişənə qədər istənməyən insan oldu”, - deyə Qonçarenko bildirib

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər