Avropa tərəfindən tətbiq edilən sanksiyalar "VTB Bank Gürcüstan"a da təsir etdi
''Gürcüstan Milli Bankının məlumatına görə, VTB Bank Gürcüstanla birlikdə sanksiyaların tətbiqi üzrə tədbirlər planı hazırlayıb və nəticədə bank ödəmə qabiliyyətinə malikdir və onun əmanətçilərinin maraqları tam qorunur''.
lnterPress.ge xəbər verir ki, Milli Bank Rusiya banklarına qarşı sanksiyaların tətbiqinə cavab olaraq bəyanat yayıb.
Milli Bankdan verilən məlumata görə, VTB Bank Gürcüstanın əlavə likvidliyə ehtiyacı olduğu halda Milli Bank müvafiq maliyyə resurslarını təqdim etməyə hazırdır.
"Son günlərdə ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və digər ölkələr Ukraynadakı son hərbi əməliyyatlara görə Rusiyanın maliyyə sisteminə, o cümlədən VTB Bank Qrupuna və onun üzvü olan VTB Bank Gürcüstana qarşı sanksiyalar tətbiq edib. Buna, indiyədək tətbiq edilən sanksiyalardan əlavə, martın 26-dan qüvvəyə minəcək Rusiyanın iri banklarında dollar, avro, funt sterlinq və digər valyutalarda əməliyyatlara məhdudiyyətlər daxildir.
Potensial riskləri neytrallaşdırmaq üçün Gürcüstan Milli Bankı VTB Bank Gürcüstanla birlikdə sanksiyaların tətbiqi halında tədbirlər planı hazırlayıb və nəticədə bank ödəmə qabiliyyətinə malikdir və onun əmanətçilərinin maraqları tam qorunur. VTB Bank Gürcüstanın əlavə likvidliyə ehtiyacı olduğu halda Milli Bank müvafiq maliyyə resurslarını təqdim etməyə hazırdır'',- deyə məlumatda bildirilir.


