Ukraynanın Melitopol şəhərinin küçələrində döyüşlər gedir
Melitopol şəhərinin küçələrində döyüşlər gedir.
lnterPress.ge xəbər verir ki, bu barədə şəhər meriyası məlumat yayıb.
Meriyanın verdiyi məlumata görə, Rusiya hərbçiləri inzibati binaları dağıtmağa və ya ələ keçirməyə çalışır. Şəhər merinin izah etdiyinə görə bütün sığınacaqlar əhalinin üzünə açıqdır.
“Şəhərimiz üçün vəziyyət çox gərgindir. Düşmən Melitopolun və onun hüquq-mühafizə orqanlarının inzibati binalarını ələ keçirməyə və ya dağıtmağa çalışır. Küçədə döyüş gedir'',- deyə mer bildirib.
O, həmçinin şəhər əhalisinə müraciət edərək sosial şəbəkədə Ukrayna silahlı qüvvələrinin hərəkəti ilə bağlı məlumat yerləşdirməməyə çağırıb.
“Bizim köməyinizə ehtiyacımız var - sosial şəbəkədə Ukrayna silahlı qüvvələrinin hərəkəti və ya ərazi mübahisələri barədə məlumat yerləşdirməyin.Yalnız təsdiqlənmiş məlumatlara etibar edin və özünüzə diqqət yetirin”,- deyə mer bildirib.


