InterPress.ge xəbər verir ki, fərmana əsasən 18-60 yaş arası kişilərin ölkədən çıxışı qadağan edilib.
“Ukrayna vətəndaşları olan 18-60 yaş arası kişilərə Ukrayna sərhədlərini tərk etmək qadağandır. Bu reqlament hərbi vəziyyətin davam etdiyi müddətdə qüvvədə olacaq. Vətəndaşlardan bu məlumatı nəzərə almalarını xahiş edirik”, - deyə sənəddə bildirilir.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimer Zelenski səfərbərlik haqqında fərman imzalayıb. Fərmana əsasən, səfərbərlik fərman qüvvəyə mindikdən sonra 90 gün ərzində Ukraynanın bütün ərazisində həyata keçiriləcək.
