Rustaveli prospektində Ukraynaya dəstək aksiyası keçirilir.
InterPress.ge xəbər verir ki, etirazçılar Respublika meydanından Azadlıq meydanına doğru gedirlər.
Həmrəylik mitinqinə vətəndaş fəalları və siyasətçilər də qoşulur.
Onların sözlərinə görə, Ukraynaya dəstək aksiyası hər gün keçirilməlidir.
