24 
Fev
2022
15:54
367

Türkiyə Təhlükəsizlik Şurası: "Rusiyanın hücumu region və dünya təhlükəsizliyi üçün təhdiddir"

Türkiyə Təhlükəsizlik Şurasının Ukrayna-Rusiya böhranı ilə əlaqədar müzakirə olunan məsələləri açıqlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi altında keçirilən iclasda Rusiyanın Ukraynaya qarşı hücumlarının beynəlxalq hüququ pozduğu və qəbuledilməz olduğu bildirilib.

Bundan başqa, toplantıda Türkiyənin Ukraynanın siyasi birliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.

Qeyd olunub ki, Rusiyanın bu hücumu region və dünya təhlükəsizliyi üçün təhdiddir.

İclasda vitse-prezident Fuat Oktay, milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri Hakan Fidan, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Prezident katibliyinin rəisi Hasan Doğan və Prezidentin sözçüsü İbrahim Kalın iştirak edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər