24 
Fev
2022
15:49
809

Ərdoğan Rusiyanın Ukraynaya hücumuna münasibət bildirib

“Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini telefon danışığımız zamanı ukraynalı həmkarım Volodimir Zelenskiyə də dedim”.

InterPress.ge xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Gərginliyin Minsk razılaşmaları çərçivəsində tənzimlənməsi arzumuzu bir daha təkrarlayırıq. Bunu dünən telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putinə də dedim.

Hərbi müdaxilənin qəbuledilməz olduğunu və rədd etdiyimizi bir daha xatırlatmaq istəyirəm. Beynəlxalq hüquqa zidd kimi qiymətləndirdiyimiz bu addım regionun sabitliyinə vurulmuş bir zərbədir”, - dövlət başçısı söyləyib.

Ərdoğan həmçinin Ukraynadakı tatarların təhlükəsizliyi üçün tədbirlərin görülcəyini açıqlayıb.

“Öz vətəndaşlarımız və Krım tatarları qardaşlarımız başda olmaqla Ukraynada yaşayan hər kəsin təhlükəsizliyinin təmin edilməsi məsələsində üzərimizə düşəni edəcəyik”.

Bizimlə əlaqə saxlayın